Azərbaycanın stolüstü tennisçisi III MDB Oyunlarında gümüş medal qazanıb
29 sentyabr 2025 - 12:37 600
Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə III MDB Oyunlarında gümüş medal qazanıb.
O, Qəbələ Olimpiya İdman Kompleksində keçirilən fərdi yarışların final mərhələsində rusiyalı Yevgeni Dosovla üz-üzə gəlib.
Rəqibinə 0:3 hesabı ilə uduzan idmançımız ikinci yeri tutub.
Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı