Azərbaycanın tanınmış bədii gimnastı karyerasını başa vurub
14 dekabr 2024 978
Azərbaycanın tanınmış bədii gimnastı Zöhrə Ağamirova karyerasını başa vurub.
O, bu gün Bakıda start götürən bədii gimnastika üzrə "Qış nağılı" beynəlxalq turniri zamanı idmanla vidalaşdığını elan edib.
23 yaşlı idmançı son dəfə xalça üzərinə çıxaraq ayrı-ayrı alətlərdə bacarığını nümayiş etdirib.
Çıxışdan sonra Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə Z.Ağamirovaya göstərdiyi xidmətlərə, mübarizə əzmi və çalışqanlığı ilə hər zaman gənc gimnastlara nümunə və ilham mənbəyi olduğuna görə təşəkkür edib. Sonda gimnasta xatirə hədiyyəsi təqdim olunub.
Qeyd edək ki, Zöhrə Ağamirova IV və V İslam Həmrəyliyi Oyunlarının qalibi, Avropa çempionatının bürünc, XXX Yay Universiadasının ikiqat gümüş mükafatçısı, eyni zamanda “Tokio-2020” və “Paris-2024” Yay Olimpiya Oyunlarının iştirakçısıdır.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı