Azərbaycanın tanınmış həndbolçusu Fəxri fərmanla təltif edilib
09 oktyabr 2023 821
Azərbaycanın tanınmış həndbolçusu, Olimpiya çempionu Lüdmila Şubinanın 75 illik yubileyi Azərbaycan Həndbol Federasiyasında (AHF) keçirilən tədbirlə qeyd edilib.
Federasiyanın prezidenti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yubilyara xoş sözlərini çatdırıb, ona Fəxri fərman təqdim edərək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, Azərbaycan idman tarixində özünəməxsus imzası olan Lüdmila Şubina SSRİ seçməsinin heyətində 1976-cı ildə keçirilmiş Monreal Olimpiadasının qızıl medalına layiq görülüb. Beynəlxalq dərəcəli idman ustası hazırda “Qarabağ” həndbol klubunun prezidenti kimi fəaliyyət göstərir.
Bənzər xəbərlər
Azərbaycanda ilk dəfə keçiriləcək sumo üzrə dünya çempionatının tarixi və yeri bəlli olub
Azərbaycanda ilk dəfə keçiriləcək sumo üzrə dünya çempionatının tarixi və ... Ətraflı
Olimpiadanın açılış mərasimində çıxış edəcək müğənni müəyyənləşib
Amerikanın pop müğənnisi Meray Kerri Milano Kortino de Ampetzo - ... Ətraflı