Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatında mübarizəyə başlayırlar
28 oktyabr 2024 1092
Azərbaycanın dörd yunan-Roma güləşçisi bu gün Albaniyanın paytaxtı Tirana şəhərində start götürəcək dünya çempionatında mübarizəyə başlayacaq.
55 kiloqramda çıxış edən Eldəniz Əzizli 1/8 finalda Bayram Sina ilə qarşılaşacaq. Nihat Məmmədli (63 kiloqram) ABŞ təmsilçisi İldar Hafizovla münasiblərini aydınlaşdıracaq.
Ülvü Qənizadə (72 kiloqram) 1/8 final mərhələsində Otar Abuladze (Gürcüstan) - Dariuş Atilla Vitek (Macarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək.
82 kiloqram çəkidə xalça üzərinə çıxacaq Qurban Qurbanov isə albaniyalı Kevin Kupi ilə görüşəcək.
Qeyd edək ki, dünya çempionatına oktyabrın 31-də yekun vurulacaq.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı