Azərbaycanın yunan-Roma güləşçisi reytinq turnirinin finalında
08 iyun 2024 1246
Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində finala yüksəlib.
63 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda iranlı Meysam Dalxanini sınağa çəkib. Rəqibinə 10:1 hesabı ilə qalib gələn M.Məmmədov adını həlledici mərhələyə yazdırıb.
O, qızıl medal görüşündə moldovalı Viktor Kiobanu ilə qarşılaşacaq.
Beka Kandelaki (130 kiloqram) isə ilk qarşılaşmada məğlubiyyətə üzülüb.
Qeyd edək ki, yarışın ilk günündə Azərbaycanın sərbəst güləşçilərindən Maqomedxan Maqomedov (97 kiloqram) gümüş, Hacı Əliyev (65 kiloqram) isə bürünc medal qazanıb. Milli komanda iyunun 9-dək davam edəcək reytinq turnirində 14 güləşçi ilə təmsil olunur.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı