Azərbaycanın yunan-Roma güləşi yığması dünya çempionatını 3 medalla başa vurub
27 oktyabr 2026 - 18:42 13
Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bürünc medal görüşünə çıxıb.
67 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda qarşılaşmada Qazaxıstan təmsilçisi Bağdat Sabazla üz-üzə gəlib. Rəqibinə 5:8 hesabı ilə uduzan Cəfərov 5-ci yeri tutub.
Bununla da Azərbaycanın yunan-Roma güləşçiləri mundialı 3 medalla başa vurublar. Eldəniz Əzizli (55 kiloqram) və Sənan Süleymanov (77 kiloqram) dünya çempionu olublar, Nihat Məmmədli (63 kiloqram) isə gümüş mükafat sahib çıxıb.
Qeyd edək ki, güləş üzrə dünya çempionatına noyabrın 1-də yekun vurulacaq.
Bənzər xəbərlər
Gəncədə Gənc Atletlər Forumu keçirilib
Oktyabrın 24-dən 25-nə kimi Gəncə şəhərində Milli Olimpiya Komitəsinin (MOK) Atletlər ... Ətraflı
Azərbaycan güləşçisi Nihat Məmmədli dünya çempionatında gümüş medal qazanıb
Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya ... Ətraflı