Azərbaycanlı ağırlıqqaldıranlar Norveçdə bayrağımızı dalğalandırdılar
21 iyun 2024 1096
Norveçin Haugesund şəhərində veteranlar arasında ağırlıqqaldırma üzrə Avropa çempionatı keçirilir. İyunun 15-də start götürən yarışda Azərbaycan idmançısı Eldar Məmmədov uğurla çıxış edərək Avropa çempionu adına layiq görülüb. 109 kq çəki dərəcəsində mübarizə aparan veteran idmançımız ümumilikdə 245 kq (110 kq + 135 kq) ağırlığı ram edərək bu titula yiyələnib.
Almaniyada yaşayan həmyerlimiz Natiq Həsənov da yarışda mükafatçılar sırasında yer alıb. Belə ki, M3 katerqoriyası üzrə 89 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız ümumilikdə 243 kq (105 kq +138 kq) çəkinin öhdəsindən gələrək gümüş medala sahib çıxıb.
Qeyd edək ki, Natiq Həsənov Olimpiya kateqoriyalı hakim Vahid Nəzərovun tələbəsidir.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı