Azərbaycanlı gimnast və baş məşqçi Avropada ötən ilin ən yaxşıları seçiliblər
13 fevral 2024 1131
Avropada 2023-cü ilin ən yaxşı gimnastı bəlli olub.
Avropa Gimnastikasının rəsmi saytına istinadən xəbər verir ki, bu ada batut gimnastikası və tamblinq üzrə Azərbaycan millisinin üzvü Mixail Malkin layiq görülüb.
Avropa çempionu 226 339 səs (52 faiz) toplayaraq, bütün rəqiblərini qabaqlayıb.
Azərbaycan yığmasına rəhbərlik edən Adil Hüseynzadə isə 196 735 səslə ilin məşqçisi seçilib.
Qeyd edək ki, Mixail Malkin ötən il Böyük Britaniyanın Birmingem şəhərində keçirilmiş batut gimnastikası və tamblinq üzrə dünya çempionatında qızıl medal qazanıb. Adil Hüseynzadənin başçılıq etdiyi yığma da həmin turnirdə dünya çempionu olub.
Bənzər xəbərlər
Azərbaycan taekvondoçusu Cavad Ağayev Avropa çempionatında bürünc medal qazanıb
Azərbaycan taekvondoçusu Cavad Ağayev Almaniyanın Münhen şəhərində keçirilən Avropa çempionatında ... Ətraflı
Güləşçilərimizin Los-Anceles-2028 yolu bəlli oldu
Azərbaycan güləşçilərinin 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə uğrunda mübarizəyə ... Ətraflı