Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub
03 may 2024 674
Bakıda ilk dəfə keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub.
Milli Gimnastika Arenasında təşkil edilən tədbirdə əvvəlcə iştirakçı ölkələrin Dövlət bayraqları arenanın mərkəzinə gətirilib.
Gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək bildirib ki, Azərbaycanda yaradılan şərait nüfuzlu yarışları yüksək səviyyədə təşkil etməyə imkan verir. Bədii gimnastikanın ölkədə qızlar arasında ən populyar idman növü olduğunu xatırladan nazir, bu turnirin idmançıların təcrübələrini artırmaları baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Sonra Avropa Kuboku açıq elan olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Açılış mərasimi bədii hissə ilə davam edib. Bədii gimnastlar tərəfindən musiqi sədaları altında rəqs şousu nümayiş olunub.
Üçgünlük yarışlarda 37 ölkədən, ümumilikdə, 160 gimnast iştirak edir. Azərbaycanı turnirdə fərdi proqramda Zöhrə Ağamirova və Kamilla Seyidzadə, qrup hərəkətləri proqramında isə Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Darya Sorokina, Yelizaveta Luzan, Ləman Əlimuradova və Kamilla Əliyevadan ibarət komanda təmsil edir.
Qeyd edək ki, Avropa Kubokunun ümumi mükafat məbləği 40 000 avrodur.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı