Bakıda cüdo üzrə “Böyük dəbilqə” turnirinin açılışı olub
22 sentyabr 2023 522

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Böyük dəbilqə” turnirinin açılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, Beynəlxalq Cüdo Federasiyasının prezidenti (IJF) Marius Vizer, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Sonra Azərbaycanda idman sahəsində, eləcə də cüdo üzrə qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub.
Gənclər və idman nazirinin müavini Mariana Vasileva açılış mərasimində çıxış edərək Azərbaycanda idmanın inkişafından, dövlətimizin başçısı İlham Əliyevin diqqət və qayğısından bəhs edib: “Azərbaycan Cüdo Federasiyası öz işini məharətlə görür. Cüdo ölkəmizin regionlarında sürətlə inkişaf edir”.
Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev turnirin Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmasının xüsusi önəm kəsb etdiyini vurğulayıb: “Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafına xüsusi diqqət və qayğı göstərir. Biz də ölkəmizdə cüdonun inkişafı üçün əlimizdən gələni edirik. Bu il müxtəlif yaş qruplarından olan cüdoçularımız beynəlxalq yarışlarda uğurla çıxış ediblər”.
Açılış çıxışlarından sonra Azərbaycan Respublikasının Dövlət Himni və Beynəlxalq Cüdo Federasiyasının himni səsləndirilib.
Sonra “Böyük dəbilqə” turnirində mübarizə davam etdirilib.
Mötəbər turnirdə 61 ölkədən 452-yə yaxın cüdoçu iştirak edir. Azərbaycan turnirdə geniş heyətlə - 33 cüdoçu ilə təmsil olunur.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı