Bakıda həndbolçular üçün ustad dərsləri təşkil olunub
11 avqust 2023 789
Bakıda keçirilən 17 yaşadək həndbolçu qızların Avropa çempionatında qrup mərhələsindən sonra birgünlük fasilə yaranıb.
Fürsətdən yararlanaraq həndbolçular üçün ustad dərsləri təşkil olunub.
Avropa Həndbol Federasiyasının təşəbbüsü ilə keçirilən master-klas tanınmış serbiyalı həndbolçu Andrea Lekiç tərəfindən aparılıb. O, bilik və bacarıqlarını qitə çempionatının ən yaxşı oyunçuları ilə bölüşüb.
Qeyd edək ki, həndbolçu karyerasını ORK Belqrad komandasında başlayan Andrea Lekiç ardınca Knyaz Miloş, Krım, Qyori, Vardar, Buxarest, Buduçnost klublarının formasını geyinib. 35 yaşlı həndbolçu hazırda “Ferensvaroş”un şərəfini qoruyur.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı