Bakıda ilk dəfə 100 lövhədə seans keçirildi
10 may 2023 511
Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan seans təşkil edilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə Dənizkənarı Bulvarda tanınmış şahmatçılar eyni anda 100 lövhədə seansda iştirak edib.
Seans zamanı üçqat Avropa çempionu, gənclər arasında ikiqat dünya çempionu Şəhriyar Məmmədyarov, üçqat Avropa çempionu, Dünya Kubokunun qalibi Teymur Rəcəbov, üçqat qitə çempionları Rauf Məmmədov, Qədir Hüseynov, eyni zamanda müxtəlif yaş qrupları üzrə dünya, Avropa çempionatının qalib və mükafatçıları Abdulla Qədimbəyli, Zeynəb Məmmədyarova və Gülnar Məmmədova balaca və yeniyetmə şahmatçılara qarşı mübarizə aparıb.
İki saata yaxın davam edən seansda 15 partiya heç-heçə başa çatıb, iki oyunda yeniyetmələr qələbə qazanıb.
Tədbirin sonunda yeniyetmə şahmatçılara Azərbaycan Şahmat Federasiyasının xatirə hədiyyələri təqdim olunub.
Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan eyni anda 100 lövhədə seanslar növbəti aylarda digər regionlarda təşkil olunacaq.
Bənzər xəbərlər
Avropa çempionatı: Bu gün daha üç cüdoçumuz mübarizəyə başlayır
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə böyüklər arasında ... Ətraflı
Taekvondoçularımız Prezident kubokunda mübarizə aparacaq
Aprelin 26-da Estoniyanın paytaxtı Tallinndə taekvondo üzrə Prezident kubokuna start ... Ətraflı