Bakıda karate üzrə Qran-Pri turnirinin açılış mərasimi olub
05 aprel 2025 410
Bakıda karate üzrə Qran-Pri turnirinin açılış mərasimi keçirilib.
Sərhədçi Olimpiya İdman Mərkəzində reallaşan tədbirdə öncə iştirakçı ölkələrin Dövlət bayraqları təqdim olunub.
Azərbaycan Dövlət Himni səsləndirildikdən sonra Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Karate Federasiyasının (AKF) prezidenti Ülvi Quliyev bu yarışın idman ictimaiyyəti üçün əhəmiyyətindən danışıb. O, turnirdə mübarizə aparan əcnəbi karateçilərin ölkəmizdən xoş təəssüratlarla ayrılacaqlarına inandığını vurğulayıb. Federasiya rəhbəri karatenin Azərbaycanda olduqca inkişaf etdiyini, beynəlxalq arenalarda bu idman növü üzrə qazanılan nailiyyətlərin sevindirici olduğunu bildirib. Ü.Quliyevin sözlərinə görə, qalib xalqın nümayəndələrinə hər zaman qələbə yaraşır.
Rəsmi çıxışdan sonra Azərbaycan karatesinin inkişafında misilsiz xidmətləri olan veteran idmançılar və bir sıra şəxslər AKF-nin təsis etdiyi xüsusi diplomlarla təltif olunublar.
Təltifetmə mərasimindən sonra tədbir bədii hissə ilə davam edib və Qran-Pri açıq elan olunub.
Qeyd edək ki, turnirdə 14 ölkədən 1000-dən çox idmançı medallar uğrunda mübarizə aparır. Yarışa aprelin 6-da yekun vurulacaq.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı