Bakıda keçiriləcək nüfuzlu idman tədbirinin keçiriləcəyi tarix bəlli olub
08 sentyabr 2025 - 10:50 609
Bakının 2026-cı ildə ev sahibliyi edəcəyi idman və biznes sahəsinin dünyaca nüfuzlu tədbiri olan “SportAccord”un keçiriləcəyi tarix müəyyənləşib.
Bu barədə “SportAccord”un prezidenti Prof. Dr. Uğur Erdener tədbirlə bağlı keçirilən təqdimat mərasimində məlumat verib. Tədbir mayın 24-28-də təşkil olunacaq.
Tədbirdə idman federasiyalarının prezidentləri və nümayəndələri, əməkdaşlıq etdikləri qurumların üzvləri iştirak edəcəklər.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı