Bakıda keçirilən gimnastika hamı üçün növü üzrə ikinci beynəlxalq “Challenge” turniri başa çatıb
03 iyun 2024 1218
Bakıda keçirilən gimnastika hamı üçün növü üzrə ikinci beynəlxalq “Challenge” turniri başa çatıb.
İki gün davam edən yarışda yaşından və fiziki hazırlıq səviyyəsindən asılı olmayaraq, Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də xarici ölkələrdən, ümumilikdə 60-a yaxın komanda və 800-ə yaxın idmançı yer alıb.
İştirakçılar iki yaş kateqoriyası - 50 yaşdan aşağı və 50 yaşdan yuxarı proqramları üzrə bacarıqlarını göstəriblər.
Festivalda ustad dərsləri, komandaların yürüşləri, gimnastika hamı üçün növü üzrə çıxışlar və hər yaş qrupunun zövqünə xitab edən əyləncə proqramları nümayiş olunub.
Tədbirin sonunda qala şou keçirilib. Komandaların musiqi sədaları altında rəngarəng nömrələri qonaqlara və şəhər sakinlərinə xoş təsir bağışlayıb.
Festivalda məqsəd gimnastikanın təkcə idman deyil, həm də sağlam həyat tərzinin nümunəsi və əyləncə forması olduğunu nümayiş etməkdir.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı