Bakıda klassik avtomobillərin yürüşü və çövkən yarışı keçiriləcək
15 iyun 2025 681
Avqustun 30-da Bakıda klassik avtomobillərin yürüşü və çövkən yarışı keçiriləcək.
Dövlət Sərhəd Xidmətindən bildirilib ki, “At gücü” adlı tədbir Azərbaycan Avtomobil Federasiyası (AAF) və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə baş tutacaq.
Dənizkənarı Milli Parkdan start götürəcək yürüş paytaxtın mərkəzi küçələrini əhatə edəcək və Binə Atçılıq Mərkəzində başa çatacaq.
Binə Atçılıq Mərkəzində klassik avtomobillərin sərgisi, eləcə də milli atüstü oyun növlərindən olan çövkən yarışı və atların şousu təşkil ediləcək.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı