Bakıda koşiki karate üzrə beynəlxalq turnirə yekun vuruldu
14 aprel 2025 1188
Aprelin 12-13-də Bakı şəhərində Gənclər və İdman Nazirliyinin və Azərbaycan Karate Federasiyasının rəhbərliyi, “Koşiki Karate” İB təşkilatçılığı ilə koşiki karate üzrə “Baku Open” beynəlxalq turniri keçirilib.
Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, turnirdə Azərbaycan, Rusiya və Özbəkistandan olan 200-ə yaxın idmançı iştirak edib. Müxtəlif yaş və çəki dərəcələri üzrə keçirilən yarışlarda karateçilər arasında gərgin və maraqlı görüşlər olub.
Tədbirin açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Ardınca çıxış edən rəsmilər turnirin əhəmiyyətindən, idmanın gənclər arasında rolu və beynəlxalq əməkdaşlığa verdiyi töhfələrdən danışıblar.
Açılış mərasimində Azərbaycan Karate Federasiyasının rəhbərliyi, idman ictimaiyyətinin tanınmış simaları, məşqçilər və qonaqlar iştirak ediblər. Rəsmi hissədən sonra tədbir bədii proqramla davam edib.
Turnirin sonunda bir sıra kateqoriyalar üzrə fərqlənmiş idmançılara diplom, medal və kuboklar təqdim olunub.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı