Xəbərlər

Bakıda Su polosu üzrə turnir sona çatdı

20 noyabr 2022 891

17 Noyabr Milli Qurtuluş gününə həsr olunmuş Su Polosu üzrə turnirə yekun vurulub. Bu barədə məlumatı Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidməti yayıb. Yarışlarda  3 yaş qrupunda komandalar mübarizə aparırıdı. Turnirdə Bakı Su İdman Sarayının, Mərkəzi İdman Klubunun, Su polosu üzrə Milli komandanın idmançıları öz güclərini sınayıblar. Su polosu üzrə Milli komandanın baş məşqçisi Azər Babayevin sözlərinə görə bu kimi turnirlərin təşkili bu idman növünə gənclərin marağının artıtılması ilə yanaşı, həm də su polosu ilə məşğul olan komandalar arasında ən güclü idmanşıların seçilərək milli komandaya cəlb olunmasına xidmət edir:
“Yarış çox yüksək səviyyədə təşkil olunmuşdu. Belə turnirlər biz məşqçilərə imkan yaradır ki, digər komandaların tərkibində olan idmançıların oyunlarını yaxından izləyək, milli komandanın formalaşmasında onların da gücündən istifadə edək. Fürsətdən istifadə edib Bakı Gənclər və İdman İdarəsinin, Azərbaycan Üzgüçülük Federasiyasının, Bakı Su İdman Sarayının rəhbərliyinə öz minnətdarlığımızı bildiririk. Belə yarışların mütəmadi təşkili ölkəmizdə su polosu idman növünün daha da inkişaf etməsinə və təbliğinə böyük dəstəkdir” deyə A. Babayev əlavə edib.
Turnirin sonunda qaliblər diplomlarla təltif olunublar.