Bakıda taekvondo üzrə ənənəvi “Koreya səfiri kuboku” keçirilib
07 sentyabr 2025 - 14:10 490
Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda taekvondo üzrə ənənəvi “Koreya səfiri kuboku” keçirilib.
Azərbaycan Taekvondo Federasiyasından bildirilib ki, turnirdə 35 klubu təmsil edən 2008, 2009 və 2010-cu il təvəllüdlü 145 gənc idmançı olimpiya çəki dərəcələri üzrə mübarizə aparıb.
Yarışın açılış mərasimində Koreyanın ölkəmizdəki səfiri Kanq Kımqu, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Hikmət Səmədov çıxış ediblər. Rəsmi çıxışlardan sonra turnir açıq elan olunub.
Koreya Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən təqdim olunan taekvondo avadanlıqlarının təqdimatı və iştirakçılar üçün maraqlı lotereya oyunu keçirilib. Yarışın bədii hissəsində Azərbaycan Taekvondo Federasiyasının nümunəvi çıxış komandasının (demo team) üzvləri rəngarəng proqram nümayiş etdiriblər.
Daha sonra final qarşılaşmalarına start verilib. Ümumi komanda hesabında “Fərasət” TK komandası birinci olub. “Absheron-Xızı” və “Qafqaz” TK komandaları müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı