Bakıda təsis edilən Beynəlxalq Çövkən Federasiyasının vitse-prezidentləri bəlli olub
02 fevral 2024 724
Binə Atçılıq mərkəzində Beynəlxalq Çövkən Federasiyasının təsis edilməsi ilə əlaqədar Baş Assambleyanın yekun iclası baş tutub.
19 ölkədən 29 nümayəndənin iştirak etdiyi tədbirdə əvvəlcə qurumun əsasnaməsinin formatı təsdiqini tapıb.
Sonra federasiyanın digər rəhbər vəzifələrinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Böyük Britaniyanı təmsil edən Anna Holl, türkiyəli Zübeyir Bekiroğlu və mərakeşli Mohammed Moddi federasiyanın vitse-prezidenti seçiliblər.
Qeyd edək ki, ötən gün Baş Assambleyanın iclasında keçirilmiş seçkilərdə Bəhruz Nəbiyev Beynəlxalq Çövkən Federasiyasının prezidenti, polşalı Matsey Miçel Olbriç isə baş katib olub.
Bənzər xəbərlər
Azərbaycanda ilk dəfə keçiriləcək sumo üzrə dünya çempionatının tarixi və yeri bəlli olub
Azərbaycanda ilk dəfə keçiriləcək sumo üzrə dünya çempionatının tarixi və ... Ətraflı
Olimpiadanın açılış mərasimində çıxış edəcək müğənni müəyyənləşib
Amerikanın pop müğənnisi Meray Kerri Milano Kortino de Ampetzo - ... Ətraflı






