Bakıda voleybol məşqçiləri üçün növbəti beynəlxalq seminar keçiriləcək
21 avqust 2023 886
Bakıda voleybol məşqçiləri üçün növbəti beynəlxalq seminar keçiriləcək.
Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Level 2 seminarı 11-15 sentyabr tarixlərində Azərbaycan Voleybol Federasiyasında təşkil olunacaq.
FIVB-nin müəyyən etdiyi şərtlərə görə, seminarda yaşı 18-dən yuxarı olan və milli federasiyalar tərəfindən tövsiyə edilən mütəxəssislər iştirak edə bilərlər. İştirakçılar ingilis dilini bilməli, həmçinin onlar sağlam, fiziki və məşqçilik bacarıqlarına sahib olmalıdırlar. FIVB-nin tələblərinə görə, əvvəlki Level kursunu ən azı 2 il öncə keçmiş mütəxəssislər seminara qatıla bilərlər.
Qeyd edək ki, FIVB-nin Bakıda Level 1 seminarı bu il 3-7 iyul tarixlərində keçirilib.
Bənzər xəbərlər
Avarçəkmə və kanoe üzrə Azərbaycan birinciliyi keçirilib
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının ... Ətraflı
Mingəçevirdə keçiriləcək beynəlxalq reqata üçün 20-yə yaxın ölkə iştirakını təsdiqləyib
Mingəçevirdə keçiriləcək akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2026" ... Ətraflı