Xəbərlər

Bakıdakı lisenziya turnirində iştirak edəcək Azərbaycan badmintonçuları bəlli olub

31 yanvar 2024 173

Badminton üzrə Azərbaycan millisinin Bakıda keçiriləcək “Azerbaijan International 2024” beynəlxalq turniri üçün heyəti müəyyənləşib.

Bakı İdman Sarayında təşkil olunacaq yarışda yığmanın 18 üzvü mübarizə aparacaq.

“Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə Azərbaycanı Keişa Fatimə Zəhra, Nərmin Hüseynova, Fatimə Həsənzadə, Əminə İsmayılova, Leyla Camalzadə, Aysu Kərimzadə, Viktoriya Kumanyayeva, Era Maftuha, Nəzrin Mehralızadə, Həcər Nuriyeva, Nigar Səmədova, Sərxan Bağırov, Aqil Qabilov, Əli Gözəlov, Vaqif İsmayılov, Rəvan Niftəliyev, Edi Reski Dviçayo və Dikki Dvi Pangestu təmsil edəcək.

Yarışda 49 ölkədən ümumilikdə 293 badmintonçu qüvvəsini sınayacaq.

Qeyd edək ki, “Azerbaijan International 2024” yarışı fevralın 8-11-də baş tutacaq.