“Baku Open - 2026”nın qalibləri mükafatlandırılıblar
06 may 2026 - 22:54 320
Bakı Kristal Zalın Sərgi mərkəzində Azərbaycan Şahmat Federasiyası (AŞF) ilə Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi “Baku Open - 2026” Beynəlxalq Şahmat Festivalının mükafatlandırma mərasimi keçirilib.
İlk olaraq veteran şahmatçılar arasında qaliblərə medallar təqdim olunub.
Daha sonra yaş kateqoriyaları üzrə iştirakçılara mükafatlar verilib.
Mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç, Avropa Şahmat Birliyinin prezidenti Zurab Azmayparaşvili, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov və digər şəxslər təqdim ediblər.
Qeyd edək ki, yarışda 10 ölkədən 900-dən artıq şahmatçı iştirak edib.
"Baku Open 2026" Beynəlxalq Şahmat Festivalının mükafat fondu 50 min ABŞ dolları olub.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı