Basketbol üzrə federasiya prezidentləri Parisdə görüşdülər
29 mart 2023 810
Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev, Fransaya səfəri zamanı Fransa Basketbol Federasiyasının prezidenti Jan-Piyer Siyuta ilə görüş keçirib. Parisdə keçirilən görüş zamanı iki ölkə arasında basketbol üzrə təcrübə mübadiləsinin aparılması və qarşıdakı planlar barəsində söhbət baş tutub. Görüşün sonunda tərəflər bir-birinə simvolik milli hədiyyələr verib, xatirə şəkilləri çəkdiriblər. Sonda qeyd edək ki, may ayında Almaniyanın Münhen şəhərində keçiriləcək seçkilərdə FİBA-nın Avropa üzrə prezidentliyinə iki namizəddən biri məhz cənab Jan-Piyer Siyutadır.
Bənzər xəbərlər
Avarçəkmə və kanoe üzrə Azərbaycan birinciliyi keçirilib
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının ... Ətraflı
Mingəçevirdə keçiriləcək beynəlxalq reqata üçün 20-yə yaxın ölkə iştirakını təsdiqləyib
Mingəçevirdə keçiriləcək akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2026" ... Ətraflı
.jpeg)
