Xəbərlər

Basketbol üzrə məşqçilərin texniki təlim kursu başa çatdı

06 iyul 2018 340

6 iyul tarixində Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondu və Beynəlxalq Basketbol Federasiyasının dəstəyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Basketbol Federasiyasının dəstəyi ilə “Məşqçilər üçün texniki təlim kursunun” təltif mərasimi keçirildi.

Layihənin əsas məqsədi beynəlxalq dərəcəli basketbol məşqçilərinin yetişdirilməsi, nəzəri və praktiki biliklərinin genişləndirilməsidir. Məşğələlər Beynəlxalq Basketbol Federasiyasının müvafiq proqram üzrə beynəlxalq dərəcəli mühazirəçisi Rajko Toroman tərəfindən keçirilir. Təlim nəzəri və praktiki məşğələlərdən ibarətdir.

Layihədə ümumilikdə 20 məşqçi iştirak etmişdir ki, onların arasında Türkiyə, İsrail və digər ölkələrdən nüməyəndələr vardır. Kurs 2 iyul – 6 iyul tarixlərinədək davam edəcək. Sonda təlim iştirakçılarına beynəlxalq dərəcəli sertifikat təqdim olunacaq.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüsyinzadə, Azərbaycan Basketbol Federasiyasının vitse-prezidenti Həsənağa Rzayev və Beynəlxalq Basketbol Federasiyasının eksperti Rajko Toroman iştirak etdilər.

Çingiz Hüseynzadə: Milli Olimpiya Komitəsi artıq 6-cı dəfədir məşqçilər üçün tədbirlər həyata keçirir. Bundan öncə voleybol, velosiped idman növləri üzrə keçirilmiş kurslar uğurla başa çatmışdır. Belə seminarların paytaxtımızda keçirilməsi çox sevindirici haldır. Mən inanıram ki, bu seminarlar iştirakçılar üçün böyük əhəmiyyət danışıyacaqdır. Bu mütəxəssislər gələcəkdə bu sertifikatlarla ölkəmizi layiqincə təmsil edəcəklər. Hər kəsə uğurlar arzu edirəm.

Həsənağa Rzayev: Basketbol Federasiyası adından hər kəsi salamlayır, iştirakçılara uğurlar arzu edirəm. Mən sevinirəm ki, məşqçilərimiz bu seminarda iştirak edirlər. Ölkəmizdə bu cür seminarları keçirmək üçün hər cür şərait var. Hər kəsə uğurlar arzu edirəm. Hər zaman federasiyamıza dəstək olan MOK-a təşəkkür edirəm.

Rajko Toroman: Bakıda olduğum günlərdə gənclərin idmana olan marağına şahid oldum. Məşqçilər təlimlə əzmlə çalışır, bilik və bacarıqlarını inkişaf etdirirdilər. İnanıram ki, gələcəkdə onlar yüksək dərəcəli mütəxəssislər olacaq və idmançılara öz biliklərinə ötürəcəklər.