Basketbol üzrə milli komandamız yenidən FİBA-nın reytinq cədvəlində
14 oktyabr 2022 1450
Basketbol üzrə yığma komandamızın adı 2021-ci ilin avqust ayında açıqlanan FİBA-nın yeni reytinq sıralamasında yox idi. Reytinq 8 ilə əsasən hesablandığından və bu 8 il ərzində millimizin heç bir rəsmi oyunda iştirak etməməsi səbəbindən yığma komandamız siyahından kənarlaşdırılmışdır. 2022-ci ildə isə Maltada təşkil olunmuş kiçik ölkələrin Avropa çempionatında, kişilərdən ibarət basketbol yığmamız da iştirak etdi və keçirdiyi rəsmi qarşılaşmalara görə yenidən FİBA -nin reytinq siyahısına daxil oldu. Yeni reytinq cədvəlinə əsasən milli komandamız 78.5 xalla, 163 ölkə arasında 112-ci pillədə qərarlaşmışdır.
Bənzər xəbərlər
Bu gün İtaliyada Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək
Bu gün İtaliyanın Milan şəhərində XXV Qış Olimpiya Oyunlarının rəsmi ... Ətraflı
Qış Olimpiya Oyunları: Azərbaycan nümayəndə heyəti paraddan 11-ci keçəcək
Bu gün İtaliyanın Milan şəhərində XXV Qış Olimpiya Oyunlarının rəsmi ... Ətraflı