Basketbol üzrə qadın millimizə yeni məşqçilər korpusu təyin olunub
04 oktyabr 2023 1019
Basketbol üzrə qadınlardan ibarət yığmamız, cari ilin noyabr ayında 2025 -ci ildə baş tutacaq Avropa çempionatının seçmə mərhələ oyunlarında iştirak edəcək. Qadın millimizi qarşıdan gələn oyunlara yüksək səviyyədə hazırlamaq üçün, federasiya tərəfindən yığmamıza yeni məşqçilər korpusu təyin olunub. Beləki, yığmamızın baş məşqçisi postuna U-16 qız millimiz ilə çempionluq qazanmış türkiyəli mütəxəssis Evren Alkaya gətirilib. Yeni nəsil qadın basketbolçularla işləməyi əla bacaran Evren Alkayanın millimizdə iki köməkçisi də olacaq. Birinci köməkçi məşqçi, uzun illərdir ölkəmizdə yaşayan amerikalı, milli komandanın keçmiş üzvlərini daha yaxından tanıyan Skot Mollenhauerdir. İkinci köməkçi məşqçi isə, U-16 qız millimizdə Evren Alkayanın asistenti olmuş Aygün Eynullayevadır.
Bənzər xəbərlər
Avarçəkmə və kanoe üzrə Azərbaycan birinciliyi keçirilib
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının ... Ətraflı
Mingəçevirdə keçiriləcək beynəlxalq reqata üçün 20-yə yaxın ölkə iştirakını təsdiqləyib
Mingəçevirdə keçiriləcək akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2026" ... Ətraflı