Basketbolçularımız Avropa kubokunun seçmə mərhələ oyunlarına qələbə ilə başlayıblar
17 iyun 2023 1205
İyunun 17-də Kiprin Limassol şəhərində 3x3 basketbol üzrə Avropa kubokunun seçmə mərhələ oyunlarına start verilib.
Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, seçmə mərhələnin açılış oyununda A qrupunda qərarlaşmış qadın millimiz Malta komandasına əlavə vaxtın qeydə alındığı qarşılaşmada 17:15 hesabı ilə qalib gəlib. Daha sonra isə mübarizəyə qoşulmuş kişilərdən ibarət millimiz Malta yığmasını 20:14 hesabı ilə məğlubiyyətə uğradıb.
Kişi milli komandamızın qrupdakı növbəti oyunu Bakı vaxtı ilə saat 16:50-də yerli Kipr millisinə qarşı olacaq. Qadın yığmamız isə qrupda növbəti sonuncu oyununu Bakı vaxtı ilə saat 17:40 -da İrlandiya komandasına qarşı keçirəcək.
Bənzər xəbərlər
Avarçəkmə və kanoe üzrə Azərbaycan birinciliyi keçirilib
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının ... Ətraflı
Mingəçevirdə keçiriləcək beynəlxalq reqata üçün 20-yə yaxın ölkə iştirakını təsdiqləyib
Mingəçevirdə keçiriləcək akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2026" ... Ətraflı