Basketbolçularımız mükafatçılar sırasında
06 sentyabr 2021 1410
Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında Azərbaycan daha bir medal qazanıb.
Basketbolun 3X3 növündə çıxış edən milli komanda bürünc medala sahib olub. Yarımfinalda Rusiyaya 17:21 hesabı ilə uduzan baş məşqçi Samit Nuruzadənin komandası 3-cü yer uğrunda görüşdə Özbəkistan üzərində qələbə qazanıb - 14:13.
Bununla da Azərbaycanın qazandığı medalların sayı 26-ya yüksəlib. Onlardan 7-si qızıl, 5-i gümüş, 14-ü bürünc əyarlıdır.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı