Bayraqdarımız EYOF-2025-də gümüş medal qazandı
23 iyul 2025 - 17:50 630
Azərbaycan cüdoçusu Zeyd Ələsgərov XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında komandamıza növbəti gümüş medalı qazandırıb.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, -60 kq çəki dərəcəsində mübarizə aparan bayraqdarımız həlledici görüşdə əslən azərbaycanlı olan ukraynalı idmançı Xəzər Heydərovla qarşılaşıb. Gərgin keçən görüş rəqib idmançının qələbəsi ilə başa çatıb.
Bununla da komandamızın Skopye-2025-dəki medallarının sayı 5-ə (3 qızıl, 2 gümüş) çatıb.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı