Xəbərlər

BCF Azərbaycanın Dünya çempionatında ki çıxışına nəzər saldı

24 avqust 2023 235

Beynəlxalq Cüdo Federasiyası (BCF) Zaqrebdə keçirilən Dünya çempionatının ilk günü haqqında məqalə dərc etdi və Azərbaycan idmançıların diqqətəlayiq çıxışlarını vurğuladı:

“Yeniyetmələr arasında  çempionatının ilk günü başa çatdı və artıq hər bir çəki dərəcəsində yeni Dünya çempionu var. Gənc idmançılar böyük nailiyyətlərə necə nail olmağı öyrənirlər və bugünkü çıxışları onların ən yüksək səviyyədə uğur qazanmaq potensialına malik olduğunu göstərir. Onlar təzyiqi yaxşı idarə edə bilirlər və peşəkar idmançı həyat tərzi üçün  üçün lazım olan fiziki gücə malikdirlər. İdmançıların getdikləri yol asan olmasa da, irəliləyişləri ümidverici və ruhlandırıcıdır.

-50 kq çəki dərəcəsində yarışan Məmişov soyadlı azərbaycanlı idmançılar  ilk iki yeri tutdular. Günün əvvəlində Məhəmməd Məmişovun reytinqdə lider mövqeyini nəzərə alaraq güclü çıxış edəcəyi gözlənilirdi. Bununla belə, Nihad Məmişov yarış boyu ardıcıl performans göstərərək, reytinqdə ikinci olan Bens Qalo (HUN) üzərində qələbə qazanaraq hər kəsi təəccüblədirdi.

Medal görüşündə yeniyetmə Avropa çempionu Məhəmməd Məmişov komanda yoldaşı Nihad Məmişovla qarşılaşdı və bu, Məhəmməd üçün gözlənilməz oldu. Bununla belə,  onlar bir-birinin texnikasını və üslubunu yaxşı bildikləri üçün bir-birlərinə təhlükə yaratmaq şansları da  çox deyildi.

Həyəcanlı dönüşdə, “golden score” -da  cəmi 8 saniyə qalmış Nihad gözəl əks-hərəkət etdi və “waza-ari”-ni təmin etdi. Məhəmməd Məmişov yeniyetmələr üzrə Avropa çempionu adına sahib olduğu halda, bu yarışda Nihad Məmişov yeni dünya çempionu titulunu qazandı.

-55 kq çəki dərəcəsində bürünc medal uğrunda mübarizə fransalı cüdoçu Mivovan üçün çətin başlayıb. Azərbaycanlı cüdoçu İsgəndərov "waza-ari"  xalı qazanaraq  üstünlük əldə edib. Bu, onların heç birinin gözlədiyi görüş deyildi, xüsusən də İsgəndərovun reytinqdə yüksək olduğunu nəzərə alsaq. İsgəndərov son vaxtlar əla çıxış edir, müxtəlif yarışlarda qızıl medallar qazanır. Fransa cüdoçusu Mivovan İsgəndərovun üstünlüyünü qoruyub saxlamağa qarşı dururdu və görüşün bitməsinə cəmi bir dəqiqə qalmış hesabı bərabərləşdirə bildi. Bu gənc cüdoçuların hər ikisi əzmkarlıq və zəhmətkeşlik nümayiş etdirdilər və onlar yüksək yaş qruplarına keçərkən bu keyfiyyətlərə mütləq ehtiyac duyacaqlar. Yekunda onlardan yalnız biri medalı qazana bildi və o da İsgəndərov oldu. O, ikinci "ko-soto-qake"  xalını   uyğun vaxtda tətbiq etdi və bununla da qələbə qazandı.”.