Bədii gimnastika üzrə 28-ci Bakı birinciliyinə start verilib
26 aprel 2023 1051
Bakı Olimpiya İdman Kompleksində keçirilən yarışda “Ocaq Sport” klubu, 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “Grasiya” klubu, Su İdmanı Sarayı, Zirə Mədəniyyət Mərkəzi, Şağan Olimpiya İdman Kompleksi və FHN İdman-Sağlamlıq Kompleksini təmsil edən gimnastlar paytaxtın ən güclüsü adı uğrunda mübarizə aparırlar.
Yarışda idmançılar fərdi (balacalar – 2013-cü, 2014-cü, 2015-ci il təvəllüdlü, yeniyetmələr - 2011-2012-ci il təvəllüdlü, gənclər - 2008-2010-cu il təvəllüdlü) və qrup hərəkətləri proqramında (balacalar - 2013-2015-cü il təvəllüdlü, yeniyetmələr - 2011-2012-ci il təvəllüdlü, gənclər - 2008-2010-cu il təvəllüdlü) çıxış edəcəklər.
Yarışın birinci günündə balacalar və yeniyetmələr fərdi proqramda alətsiz təsnifat mərhələsində mübarizə aparırlar.
Üç gün davam edəcək yarışda qaliblər çoxnövçülük, komanda hesabı və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.
Çempionlar fərdi gimnastlar, yeniyetmə və gənclərdən ibarət qrup komandaları arasında çoxnövçülük, balacalardan ibarət qrup komandaları arasında isə həm çoxnövçülük, həm də ayrı-ayrı alətlər üzrə bəlli olacaq.
Bənzər xəbərlər
Azərbaycan Yelkən Federasiyası Su İdmanı Növləri Federasiyasına birləşdirildi
Martın 14-də "Azərbaycan Yelkən Federasiyası” İctimai Birliyinin ümumi yığıncağı keçirilib. ... Ətraflı
Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı başlayıb, ilk qaliblər bəlli olub
Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına start verilib.
Şüvəlan Ağırlıqqaldırma Mərkəzində keçirilən yarış ... Ətraflı