Bədii gimnastika üzrə 4-cü “Ocaq” açıq birinciliyinə start verilib
04 aprel 2024 1053
Bakı Olimpiya İdman Kompleksində bədii gimnastikası üzrə 4-cü “Ocaq” açıq birinciliyinə start verilib.
Yarışda “Ocaq Sport” klubu, “İOEUG” gimnastika məktəbi, “Ocaq Sport” klubunun Hövsan bölməsi, “Şağan” OİK, “RKİM”, Su İdman Sarayı və “Zirə” Mədəniyyət Mərkəzi Ekoparkdan 182 gimnast medallar uğrunda mübarizə aparır.
İdmançılar balacalar (2017-2018-ci və 2014-2016-cı il), yeniyetmələr (2011-2013-cü il), gənclər (2009-2010-cu il) və qrup hərəkətləri (2017-2018-ci, 2014-2016-cı, 2013-2012-ci il) yaş kateqoriyaları üzrə mübarizə aparırlar.
Qeyd edək ki, yarışlar aprelin 6-dək davam edəcək.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı