Bədii gimnastika üzrə millimiz Macarıstanda daha bir medal qazanıb
06 fevral 2023 957
Bədii gimnastika üzrə Azərbaycan milli komandası Macarıstanda keçirilən “Gracia Fair Cup” beynəlxalq turnirində daha bir medal qazanıb.
Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, Alina Məmmədova çoxnövçülük üzrə yarışlarda üçüncü yeri tutub.
Daha əvvəl Fidan Qurbanlı eyni növdə qızıl medal əldə etmişdi.
Yığmamızın digər üzvləri Şəms Ağahüseynova halqa ilə, Leyli Ağazadə isə halqa və top ilə hərəkətlərin icrasında finala yüksəlib.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı