Bəhreyndə Gimnaziada İdman Oyunlarının açılış mərasimi olub
24 oktyabr 2024 907
Bəhreynin ev sahibliyi etdiyi Gimnaziada İdman Oyunlarının təntənəli açılış mərasimi keçirilib.
Əl-Riffa şəhərində yerləşən "Milli Stadion"da təşkil olunan tədbir iştirakçı ölkələrin paradı ilə başlayıb.
Azərbaycan Bayrağını paraüzgüçü Əli Vəliyev və taekvondoçu Xuraman Cavadzadə dalğalandırıblar.
Ardınca Bəhreynin Dövlət Himni səsləndirilib.
Tədbirdə Bəhreynin təhsil naziri Mohammad bin Mubarak Cuma və Beynəlxalq Məktəb İdmanı Federasiyasının birinci vitse-prezidenti Yusif Belqasimi çıxış ediblər.
Rəsmi çıxışlardan sonra Gimnaziada İdman Oyunları açıq elan olunub.
Açılış mərasimi bədii hissə ilə davam edib. Musiqi sədaları altında maraqlı rəqs şouları nümayiş olunub.
Qeyd edək ki, oktyabrın 30-dək davam edəcək yarışlarda 26 idman növü üzrə 71 ölkədən ümumilikdə 18 yaşadək 3687 idmançı mübarizə aparır. Azərbaycan Gimnaziadada 16 növ - aerobika, bədii və idman gimnastikası, badminton, boks, kamandan oxatma, güləş, tennis, taekvondo, stolüstü tennis, qılıncoynatma, şahmat, cüdo, paracüdo, üzgüçülük və paraüzgüçülük üzrə 160 idmançı ilə təmsil olunur.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı sosial media hesablarında paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 28 May - Müstəqillik Günü ... Ətraflı
Bu gün MOK-un vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftaxetdinovanın doğum günüdür
“Şöhrət” ordenli, “Tərəqqi” medallı, Əməkdar bədən tərbiyəsi və idman xadimi, ... Ətraflı
