Beynəlxalq Atletlər Forumu başa çatıb
02 oktyabr 2023 1292
İsveçrənin Lozanna şəhərində keçirilən 11-ci Beynəlxalq Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumuna (IAF) oktyabrın 2-də yekun vurulub.
Forumun ikinci günündə qarşıdan gələn Olimpiya Oyunları haqqında müzakirələr aparılıb, WADA və Beynəlxalq Test Agentliyinin nümayəndələri ilə təmiz idmanın əhəmiyyətini və rəqabət manipulyasiyasının qarşısının alınması haqqında geniş söhbət olunub. Həmçinin idmançıların mühafizəsi və təhlükəsizliyi haqqında da müzakirələr aparılıb, İdmanda Korrupsiyaya Qarşı Beynəlxalq Tərəfdaşlıq (IPACS) məsələlərinə də toxunulub.
Forumun sonunda Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax iştirakçıların suallarını cavablandırıb. Bununla da 11-ci Beynəlxalq Atletlər Forumuna yekun vurulub.
Qeyd edək ki, Beynəlxalq Atletlər Forumunda ölkəmizi Azərbaycan Atletlər Komissiyasının sədri, Rio-2016 Yay Olimpiya Oyunlarının və dünya çempionatının gümüş mükafatçısı, Avropa çempionu cüdoçu Rüstəm Orucov təmsil edib.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı





