Beynəlxalq basketbol turnirində ikinci tur yekunlaşıb
12 may 2023 682
12 may Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi və Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə "Sərhədçi" İdman Mərkəzində, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq basketbol turnirinin növbəti oyunları keçirilib. Turnirin qrup mərhələsinin ikinci turunda aşağıdakı nəticələr qeydə alınmışdır. İki turdan sonra, ADBTİA və AzTU tələbə komandaları müvafiq olaraq "A" və "B" qruplarında ilk pillədə qərarlaşıblar.
ADBTİA (Azərbaycan) - SDU (Türkiyə) 73-62
ÖBDİU (Özbəkistan) - TTK (Türkmənistan) 89-90
LDU (Rusiya) - ATDU (Gürcüstan) 111-70
AzTU (Azərbaycan) - YKQDU (Belarusiya) 81-61
Bənzər xəbərlər
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib.
Qurumdan verilən ... Ətraflı
Azərbaycanın fiqurlu konkisürənləri Sofiyada bürünc medal qazanıblar
Azərbaycanın fiqurlu konkisürənləri Bolqarıstanın Sofiya şəhərində keçirilən “Sofia Trophy” adlı ... Ətraflı