Beynəlxalq Çövkən Federasiyasının regional qruplarına rəhbərlər seçilib
02 fevral 2024 854
Bakıda təsis edilən Beynəlxalq Çövkən Federasiyasının digər vəzifələrinə seçkilər keçirilib.
Səsvermənin nəticələrinə əsasən, regional qrupların rəhbərləri müəyyənləşib.
Avropa regional qrupuna çexiyalı Andrey Matejek, Asiya regional qrupuna özbəkistanlı Yana Pavliva Romanovna, Afrika regional qrupuna nigeriyalı Nura Sani Kangiva, Cənubi Amerika regional qrupuna argentinalı David Adrian Laqomarsino, Okeaniya regional qrupuna isə avstraliyalı Tenil Mürrey rəhbər seçilib.
Qeyd edək ki, Baş Assambleyanın ilk iclasında Bəhruz Nəbiyev federasiyanın prezidenti, polşalı Matsey Miçel Olbriç isə baş katibi seçilib. Mərakeşli Mohammed Moddi, böyük britaniyalı Anna Holl və türkiyəli Zübeyir Bekiroğlu isə qurumun vitse-prezidenti olublar.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı