Beynəlxalq Cüdo Federasiyasının Akademiyasının məşqçi sertifikat proqramının ilk hissəsinin imtahanı baş tutub
13 fevral 2023 480
13 fevral 2023-cü ildə Bakıda Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyasının cüdo məşqçiliyi sertifikat proqramının ilk hissəsi yekunlaşıb. Təlimin birinci hissəsində 36 məşqçi iştirak edib və onlardan 31-i imtahandan uğurla keçib. Bu gündən etibarən proqramın ikinci hissəsi başlayıb, növbəti imtahan isə fevralın 17-18-si baş tutacaq. Beynəlxalq Cüdo Federasiyasının Akademiyasının proqramında iştirak edən hər bir məşqçiyə Beynəlxalq Olimpiya Komitəsinin iştirakçı sertifikatı təqdim olunub.
Azərbaycan Cüdo Federasiyasının BCF-in Akademiyası ilə 2022-ci ilin mart ayından başlayan əməkdaşlığı nəticəsində qeyd edilən proqrama 80-dən yuxarı cüdo məşqçisi cəlb edilib. Nəzəri imtahanları uğurla başa vuran məşqçilər əyani surətdə imtahan verərək müvafiq sertifikatı əldə etmək imkanı qazanıblar.
Seminar və imtahan BCF Akademiyasının direktoru Envik Qalea, Akademiyanın proqram rəhbəri Dr. Tibor Kozsla, Akademiyanın idman direktoru Daniel Laskau və digər ekspertlər (ümumilikdə 10 ekspert) tərəfindən keçirilir.
Qeyd edək ki, proqram Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK), Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı, Beynəlxalq Olimpiya Komitəsi (BOK) Olimpiya Həmrəyliyi Fondunun maliyyə və Beynəlxalq Cüdo Federasiyasının texniki dəstəyi ilə keçirilir.
Bənzər xəbərlər
Avropa çempionatı: ilk yarış günündə 7 cüdoçumuz tatami üzərinə çıxacaq
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə böyüklər arasında Avropa ... Ətraflı
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
Akrobatika gimnastikası üzrə 29-cu Azərbaycan birinciliyi və Bakı çempionatı start ... Ətraflı