Beynəlxalq Pençak-Silat Federasiyasının icraçı direktoru Şeyx Alauddin Yakoop Marican ilə görüş keçirilib
03 fevral 2016 737

3 fevral 2016-cı il tarixində Milli Olimpiya Komitəsinin inzibati binasında Beynəlxalq Pençak-Silat Federasiyasının icraçı direktoru, Asiya Pençak-Silat Federasiyasının baş katibi Şeyx Alauddin Yakoop Marican ilə görüş keçirilib. Görüşdə bir sıra məsələlər müzakirə edilib.
Tədbirdə Pençak-Silat federasiyasının Azərbaycanda inkişafından və atletlərin bu idman növündə uğurlarından bəhs edildi. O cümlədən, 2017-ci ildə ölkəmizdə keçiriləcək İslam Həmrəylik Oyunları da müzakirə olundu. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə İslam Həmrəylik Oyunlarının proqramının artıq təsdiqləndiyini və bu proqramda 20 idman növünün yer aldığını bildirib.
Çingiz Hüseynzadə Azərbaycanın pençak-silat idman növünün Olimpiya oyunlarının proqramına salınmasını dəstəklədiyini deyib. Milli Olimpiya Komitəsinin vitse-prezidenti bu məsələnin Beynəlxalq İslam İdman Federasiyasının yaxın vaxtlarda keçiriləcək iclasında federasiya rəhbərliyinin diqqətinə catdırılacağını bildirib.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı