Beynəlxalq Universitet İdman Festivalında təmsilçilərimizin qazandığı medalların sayı məlum olub
01 sentyabr 2023 948
Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında Azərbaycan təmsilçilərinin qazandığı medalların sayı məlum olub.
badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük və sambo üzrə çıxış edən idmançılarımız ümumilikdə 28 medal əldə ediblər.
Bunların dördü qızıl, səkkizi gümüş, on altısı bürüncdür. Bununla da 36 ölkənin qatıldığı beynəlxalq festivalda Azərbaycan medalların sayına görə altıncı yeri tutub.
Ev sahibi Rusiya birinci, Çin ikinci, Braziliya isə üçüncü pillənin sahibi olub.
Qeyd edək ki, Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr olunub. Yarışda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi, 15-i qadın olmaqla 69 idmançı təmsil edib.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı