Beynəlxalq yarışlarda uğurla çıxış etmiş Azərbaycan idmançıları ilə görüş olub
08 iyul 2025 - 11:25 267
Gənclər və idman naziri Fərid Qayıbov ay ərzində beynəlxalq yarışlarda uğurla çıxış etmiş idmançılarla görüşüb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan İdman Akademiyasında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra Fərid Qayıbov “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri adına və “Azərbaycan Respublikasının İdman ustası” dərəcəsinə layiq görülmüş şəxslərə müvafiq vəsiqə və döş nişanlarını təqdim edib.
Ay ərzində beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarxın nümayişindən sonra tədbir iştirakçıları çıxış ediblər. Aerobika və akrobatika gimnastikası, kayak, kanoe, akademik avarçəkmə, boks, basketbol, cüdo, çimərlik güləşi, sərbəst güləş, qadın güləşi, yunan-Roma güləşi, minifutbol, kikboksinq, karate, MMA, parapauerliftinq, parabadminton, kəmər güləşi, qırğız kuroşu, deflimpiya (karate WKF) idman növlərinin nümayəndələri çıxış etdikləri yarışlar və qazandıqları nəticələr barədə məlumat veriblər.
Bənzər xəbərlər
Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib
Fevralın 6-da İtaliyanın Milan şəhərindəki məşhur “San Siro” stadionunda Milan-Kortina-2026 ... Ətraflı
Bu gün İtaliyada Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək
Bu gün İtaliyanın Milan şəhərində XXV Qış Olimpiya Oyunlarının rəsmi ... Ətraflı