Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
16 iyun 2024 1281
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi sosial media hesablarında Qurban bayramı münasibətilə paylaşım edib.
"olympic.az" xəbər verir ki, paylaşımda deyilir:
“Əziz həmvətənlər!
Sizi və dünya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edirəm! Allah etdiyiniz duaları, kəsdiyiniz qurbanları qəbul etsin! Hər birinizə möhkəm cansağlığı, sevgi, sevinc və gözəl əhvali-ruhiyyə arzulayıram. Qoy bu bayram ürəklərdə saf niyyətlər və xoş duyğular oyatsın, hər bir ocağa xeyir, rahatlıq və xoşbəxtlik gətirsin!
Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN”.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı
