Xəbərlər

BOK 2024-cü ildə Parisdə keçiriləcək Olimpiadanın formatını təsdiqləyib

11 aprel 2022 495

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Şurası 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının formatını və onların ilkin təqvimini təsdiqləyib. BOK  2024-cü il Olimpiya Oyunları üçün Milli Olimpiya Komitələri və idmançıların seçilməsinin mümkün yollarını təsvir edən ətraflı sənəd dərc olunub. Triatlon yarışlarında üç dəst mükafat olacaq: kişi və qadın təsnifatlarında, həmçinin qarışıq komandalar arasında. İştirakçıların kvotası 110 idmançıdır (kişilərdə 55, qadınlarda isə eyni sayda). Triatlon üzrə təsnifat dövrü 27 may 2022-ci ildə başlayacaq və 2024-cü ildə eyni tarixdə başa çatacaq. Həmçinin, “Paris-2024”ün təşkilat komitəsi ilə birlikdə yarış sessiyalarının ilkin başlama və bitmə vaxtları təsdiqlənib. Cədvəl elə planlaşdırılıb ki, bütün olimpiyaçılar təntənəli açılış və bağlanış mərasimlərində iştirak edə bilsinlər. Olimpiadada 32 idman növü üzrə 329 medal dəsti oynanılacaq.

Paris Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçiriləcək