BOK prezidenti Milanda Olimpiya məşəlini daşıyıb
06 fevral 2026 - 20:39 362
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Kirsti Koventri XXV Qış Olimpiya Oyunlarının açılış mərasimindən öncə keçirilən Milan–Kortina-2026 məşəl estafeti zamanı ilk dəfə BOK prezidenti kimi Olimpiya məşəlini daşıyıb.
Üzgüçülük üzrə yeddiqat Olimpiya medalçısı olan Koventri alovu BOK-un üzvü və Monreal 1976 Olimpiadasının bürünc medalçısı avarçəkən Anita DeFrantsdan qəbul edib.
BOK prezidenti ABŞ-dan olan məhşur avarçəkən DeFrants haqqında danışaraq bildirib: “Onunla qürur duyuram. O, dünyada qadın liderlər üçün həqiqətən yol açıb. Onun burada olması və həmin anı birlikdə paylaşmağımız çox gözəl idi.”
Qeyd edək ki, Məşhur “San Siro” stadionunda təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 23:00-da başlayacaq və bununla da Oyunlar rəsmən açıq elan ediləcək.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı
