BOK tibb və elmi şöbəsini yenidən quracaq
12 yanvar 2025 787
Beynəlxalq Olimpiya Komitəsi (BOK) ötən həftə tibb və elmi şöbəsini yenidən quracağı barədə açıqlama yayıb.
Açıqlamada bildirilir ki, dekabr ayında təqaüdə çıxan Səhiyyə, Tibb və Elm şöbəsinin rəhbəri Riçatd Budgettini bu vəzifədə avarçəkmə üzrə kanadalı dünya çempionu Ceyn Tornton əvəz edəcək.
Şöbəyə həmçinin ötən həftə voleybol üzrə Norveç milli komandasının keçmiş üzvü, məşqçi və idman tibbi üzrə professoru Roald Bahr sənaye məsləhətçisi kimi heyətə cəlb edib. O, təqaüdə çıxmış Lars Engebretsenin işini davam etdirəcək.
Məlumat üçün bildirək ki, BOK-un tibb və elm şöbəsinin əsas missiyası idmançıların sağlamlığını qorumaq və təbliğ etməkdən ibarətdir.
Şöbənin yeni fəaliyyətində idmançılara və Olimpiya Hərəkatına təsir edən əsas sağlamlıq məsələləri, o cümlədən zədə və xəstəliklərin qarşısının alınması, təmiz idman, mühafizə, psixi sağlamlıq, ömür boyu davam edən fiziki fəaliyyətin sağlamlığa faydasının təbliği məsələləri diqqət mərkəzində olacaq.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı