Boks üzrə dünya çempionumuz lisenziya turnirində həm revanş alıb, həm də mərhələ adlayıb
06 mart 2024 1155
Azərbaycanın daha bir boksçusu İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə başlayıb. Alfonso Dominqes (92 kq) 1/32 final çərçivəsində israilli Yan Zakla üz-üzə gəlib.
Dünya çempionumuz rəqibinə heç bir şans verməyib. 5:0 hesabı ilə qələbə qazanan Dominqes mərhələ adlamaqla yanaşı, Zakdan Krakov-2023-dəki məğlubiyyətin revanşını da alıb.
Olimpiya mükafatçımız 1/16 finalda ilk mərhələdən azad olan Emmaneul Reyes Pla (İspaniya) ilə qarşılaşacaq. Görüş martın 7-də olacaq.
Qeyd edək ki, Azərbaycan millisi martın 3-də start götürən yarışda məğlubiyyətsiz irəliləyib. Mübarizəyə qoşulan boksçularımızdan Nicat Hüseynov (51 kq) 1/8, Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (63,5 kq), Sərxan Əliyev (71 kq), Zeynəb Rəhimova (54 kq) və Şəhla Allahverdiyeva (66 kq) 1/16 finala yüksəlib.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı