Boksçularımızın Avropa birinciliyində ilk rəqibləri bəlli olub
27 sentyabr 2022 936

İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qız boksçular arasında keçiriləcək Avropa birinciliyinin püşkü atılıb. Bu gün start götürəcək yarışda Azərbaycan yığmasının idmançılarının da ilk rəqibləri müəyyənləşib.
Turnirin ilk günündə rinqə 1 boksçumuz çıxacaq. İbrahim Zeynalov Con Hartla üz-üzə gələcək.
Avropa birinciliyində 33 ölkədən 378 (250 oğlan, 128 qız) idmançı qüvvəsini sınayacaq. Yarışın qaliblərinin adına oktyabrın 4-də aydınlıq gələcək.
Avropa birinciliyi, Montesilvano
27 sentyabr
1/16 final
İbrahim Zeynalov (52 kq) – Con Hart (İrlandiya)
28 sentyabr
1/8 final
Faiq Mollayev (46 kq) – İqor Uşinyak (Polşa)
Aynur Mikayılova (50 kq) – Byanka Balint (Almaniya)
29 sentyabr
1/8 final
Bilalhabasi Nəzərov (48 kq) – Rıza Səfəri (İngiltərə)
Tağı Nəsibov (50 kq) – Cuzeppe Dell Aquila (İtaliya)
Məhəmmədəli Aşurəliyev (54 kq) – Armandas Kreqzde (Litva)
Məhəmmədəli Qasımzadə (57 kq) – Nik Smirnov (Almaniya)
Ziya Həsənova (66 kq) – Stefan Ananyev (Estoniya)
30 sentyabr
1/4 final
Aysu İsmayılova (46 kq) – Mariya Trifilli (Yunanıstan)
Nərmin Əlizadə (48 kq) – Mahur Marikyan (Ermənistan)
Qızbəs İsgəndər (54 kq) – Ella-Mae Lonsdale (İngiltərə)
Emili Rzayeva (70 kq) – Olqa Filipçuk (Ukrayna)
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı