“Böyük Dəbilqə”: Azərbaycanın bir cüdoçusu qızıl, digəri bürünc medal qazana bilər
12 oktyabr 2024 940
Azərbaycan cüdoçusu Zelim Tçkayev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirində finala yüksəlib.
81 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Dimitri Qoçilaidzeyə ( Gürcüstan ) qalib gəlib. O, həlledici görüşdə Gürcüstanın digər təmsilçisi Zaur Dvalaşvili ilə qarşılaşacaq.
Eyni çəkidə çıxış edən Ömər Rəcəbli isə təsəlliverici qarşılaşmada məğlub olub.
73 kiloqramda Rəşid Məmmədəliyev bürünc medal uğrunda yaponiyalı Tatsuki İşihara ilə güləşəcək. Bu çəkidə çıxış edən digər cüdoçu Nəriman Mirzəyev isə turnirlə vidalaşıb.
Qeyd edək ki, turnirin ilk günündə Azərbaycanın qadın cüdoçusu Acelya Toprak (57 kiloqram) bürünc medal qazanıb. Oktyabrın 13-dək davam edəcək “Böyük Dəbilqə”də Azərbaycan 14 idmançı ilə təmsil olunur.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı