"Böyük Dəbilqə": iki cüdoçumuz 1/4 finala yüksəlib
16 fevral 2025 690
Milli Gimnastika Arenasında keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir.
Turnirin sonuncu günündə Azərbaycanın doqquz cüdoçusu mübarizə aparır.
90 kq çəki dərəcəsində Tuncay Şamil ilk mərhələdə Didar Xamzaya (Qazaxıstan), Əli Qazıməmmədov isə Fabian Kansiyə (Almaniya) məğlub olublar.
100 kq çəki dərəcəsində Davud Namazlı ilk mərhələdə Niyaz Bilalova (IJF) uduzub. Mübarizəsiz növbəti mərhələyə çıxan Əjdər Bağırov isə Dota Araiyə (Yaponiya) məğlub olsa da, bürünc medal uğrunda yarışacaq.
+100 kq çəki dərəcəsində Camal Feyziyev Yerassil Kajıbayevə (Qazaxıstan), Ramazan Əhmədov isə İbrahim Tataroğluya (Türkiyə) məğlub olub. Digər iki cüdoçumuz isə ilk mərhələdə qələbə qazanıb. Uşanqi Kokauri Movli Borçaşviliyə (Avstriya), Kənan Nəsibov isə Yevgeni Balyevskiyə (Ukrayna) qalib gəlib. 1/4 finalda Kokauri Saba Geoinaneişvili (Gürcüstan), Nəsibov isə Hyoqa Ota (Yaponiya) ilə mübarizə aparacaq.
+78 kq çəki dərəcəsində Nigar Süleymanova ilk mərhələdə Kristina Homana (Ukrayna) məğlub olub.
İki günün nəticəsinə görə Azərbaycan cüdoçuları ümumilikdə 1 qızıl, 1gümüş və 3 bürünc medal əldə edərək komanda hesabında ikinci pilləyə yüksəliblər. Zelim Tskayev (81 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Elşən Əsədov (66 kq) və Vüsal Qələndərzadə (73 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, fevralın 16-dək davam edəcək "Böyük Dəbilqə" turnirində 36 ölkədən 258 (166 kişi, 92 qadın) idmançı mübarizə aparır.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı